Anima Christi



Məsihin Qəlbi, məni təqdis et.

Məsihin Bədəni, məni xilas et.

Məsihin Qanı, məni suvar.

Məsihin qabırğasından axan su, məni yu.

Məsihin əzabları, məni möhkəm edin.

Ey xeyirxah İsa, məni eşit.

Yaralarında məni gizlət.

Qoyma Səndən uzaqlaşım.

Şər düşməndən məni qoru.

Ölüm saatımda məni çağır və yanına gəlməyi mənə əmr et ki, Sənin müqəddəslərinlə Səni əbədi olaraq mədh edim.

Amin.