Müqəddəs mələk Cəbrayıl

Yazılıb ki, "Allah sənə görə mələklərinə
əmr edər ki, gedəcəyin hər yerdə səni
qorusunlar, səni əlləri üstündə aparsınlar,
ayağın bir daşa dəyməsin".

Hörmətli və əziz mələk Cəbrayıl,
sözlərimi dinlə, yanımda ol, yaxşı
məsləhət söylə ki, kar kimi həyatımı sürməyim.

Tanrının həqiqəti ilə gözlərimi
aç ki, kor kimi başqalarına baxmayım,
onların ehtiyaclarına fikir verim,
lal kimi olmayım və düz sözləri deyim.

Mələk Cəbrayıl, insanlara Tanrının
sözlərini gətirdin, xahiş edirəm, mənə
kömək et, Rəbbin həqiqi sözlərini eşidim,
başa düşüm, ürəyimdə saxlayım
və həyatımda yaşayım.

Məni yalanlardan qoru və həqiqətə apar.

Amin.