enediktus-Zəkəriyyanın ilahisi
(İncil, Lk 1:68-79)

Alqış olsun İsrailin Allahı Rəbbə!
Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
O, qulu Davudun nəslindən bizə qüdrətli
Xilaskar yetirdi. Qədimdən bəri Öz müqəddəs
peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi
düşmənlərimizdən və bizə nifrət edənlərin
əlindən bizi xilas etdi. Beləcə ata-babalarımıza
mərhəmət göstərib öz müqəddəs Əhdini
xatırladı. Atamız İbrahimə and içdiyi kimi bizə
elə güc verdi ki, düşmənlərimizin əlindən
qurtulub həyatımız boyu qorxmadan Rəbbin
önündə müqəddəslik və salehliklə Ona ibadət
edək. Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri
adlanacaqsan, çünki Rəbbin önündə gedəcəksən,
Onun yolunu hazırlayacaqsan. Onun xalqına
günahlarının bağışlanması ilə xilas olunmaları
barədə bildirəcəksən. Axı Allahımızın ürəyi
mərhəmətlidir, Onun bu mərhəmətinə görə
Ucalarda bizim üçün Günəş doğacaq ki,
zülmətdə və ölüm kölgəsində oturanların üzərinə
nur saçsın, ayaqlarımızı sülh yoluna yönəltsin.
Ataya, Oğula və Müqəddəs Ruha indi də,
həmişə də, əbədi olaraq da həmd olsun.
Amin.