ƏVARİLƏRİN KREDOSU

İman edirəm, Yeri və göyü yaradan Külli-ixtiyar Ata Allaha və Onun Yeganə Oğlu, Müqəddəs Ruhdan döllənmiş, Bakirə Məryəmdən doğulmuş, Ponti Pilatın hökmü altında əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər aləminə enmiş, üçüncü gün dirilmiş, göylərə qalxmış, Külli-ixtiyar Ata Allahın sağında əyləşmiş, oradan diriləri və ölüləri mühakimə etməyə gələcək, Rəbbimiz İsa Məsihə iman edirəm. Müqəddəs Ruha, Müqəddəs Ümumdünya Kilsəsinə, Müqəddəslərin ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata iman edirəm.
Amin.