Nikeya kredosu



İman edirəm
– bir tək Allaha inanıram.

Yerin və göyün, görünən və
görünməyən bütün varlığları yaradan,
Külli-İxtiyar Ata Allaha inanıram.

Əzəldən Atadan dünyaya gəlmiş,
Allahın yeganə Oğlu, bir tək
Rəbb olan Məsih İsaya inanıram.

O, Allahdan Allah, Nurdan Nur,
Həqiqi Allahdan Həqiqi Allahdır.

O, doğulmuş, lakin yaradılmamışdır,
Ata ilə eynidir və hər şey
Onun vəsitəsi ilə yaradılmışdır.

Biz, insanlara görə
və bizi xilas etmək naminə
göydən enmiş, Müqəddəs Ruhun
qüdrətilə Bakirə Məryəmdən
Vücud alıb insan olmuşdur.

Pontius Pilatus vaxtında bizim üçün
acı çəkərək çarmıxa çəkilmiş, ölmüş,
dəfn edilmiş və Müqəddəs Yazılara
görə üç gündən sonra dirilmişdir.

Göyə qalxmış və Atanın sağında
oturmaqdadır. Diriləri və ölüləri
mühakimə etmək üçün təkrar gələcək
və Onun padşahlığı heç vaxt sona
çatmayacaqdır. Peyğəmbərlər vasitəsi
ilə danışmış olan Ata və Oğuldan
gələn, Ata və Oğul ilə birlikdə sitayiş
edilən və ucaldılan, həyatın qaynağı
və Rəbb olan, Müqəddəs Ruha
inanıram. Bir olan, Müqəddəs,
Ümum-dünya (katolik) və Həvari
Kilsəsinə inanıram. Günahların
əfv edilməsi üçün tək bir vəftizi
qəbul edirəm, ölülərin dirilişini
və əbədi həyatı gözləyirəm.

Amin.