loria in Excelsis Deo

Göylərdəki uca Allaha həmd olsun
və yer üzündəki xoşməramlı insanlara
sülh gəlsin. Səni tərif edirik.
Səni ucaldırıq. Qarşında diz çökürük.
Sənə həmd edirik.
Uca Allah, göyün Hökmdarı,
hər şeyə qadir Ata, ey Allahımız,
uca Əzəmətin üçün Sənə şükür edirik.
Rəbb İsa Məsih, Yeganə Oğul,
Rəbb Allah,
Allahın Quzusu, Atanın Oğlu,
dünyanın günahlarını təmizləyən Sən,
bizə rəhm et; dünyanın günahlarını
təmizləyən Sən, dualarımızı qəbul et; uca
Allahın sağında əyləşən Sən, bizə rəhm et.
Çünki yalnız Sən müqəddəssən,
yalnız Sən Rəbbimizsən, yalnız Sən
uca Allahsan. Ey Məsih İsa, Müqəddəs
Ruhun birliyində Ata Allahın izzətindəsən.
Amin.