MƏRYƏM ANAYA YALVARIŞLAR



Ya Rəbb, bizə rəhm et!
İsa Məsih, bizə rəhm et!
Ya Rəbb, bizə rəhm et!

Ey Məsih, dinlə bizi!
Ey Məsih, eşit bizi!

Tanrı – Səmavi Ata
bizə rəhm et!

Tanrı – Oğul, dünyanın Xilaskarı,
Tanrı – Müqəddəs Ruh,
Müqəddəs Üçlük, tək Tanrı,

Müqəddəs Məryəm, bizim üçün dua et!.
Müqəddəs Allah Anası,
Bakirələrin Müqəddəs Bakirəsi,
Məsihin Anası,
Kilsənin Anası,
İlahi lütfün Anası,
Tər-təmiz Ana,
Çox iffətli Ana,
Hər zaman Bakirə Ana,
Günahsız Ana,
Məhəbbətə layiq Ana,
Heyran olunmağa layiq Ana,
Yaxşı məsləhətin Anası,
Yaradanın Anası,
Xilaskarın Anası,
Çox təmkinli Bakirə,
Ehtirama layiq Bakirə,
Müjdələnməyə layiq Bakirə,
Vəsatətçilikdə güclü Bakirə,
Mərhəmətli Bakirə,
İmanla zəngin Bakirə,
Ədalət aynası,
Hikmətin mərkəzi,
Xoşbəxtliyimizin səbəbi,
Müqəddəs Ruhun məskəni,
Şərəf məskəni,
Sirli Qızılgül,
Davud Qülləsi,
Şirmayı Qülləsi,
Qızıl ev,
Əhd sandığı,
Səmanın qapısı,
Dan ulduzu,
Xəstələrin şəfası,
Günahkarların sığınacağı,
Əzab çəkənlərin təsəllivericisi,
Məsihçilərin köməkçisi,
Mələklərin Mələkəsi,
Ata-babaların Mələkəsi,
Peyğəmbərlərin Mələkəsi,
Həvarilərin Mələkəsi,
Şəhidlərin Mələkəsi,
İman şahidlərinin Mələkəsi,
Bakirələrin Mələkəsi,
Bütün müqəddəslərin Mələkəsi,
Günahsız yaradılan Mələkə,
Səmalara çəkilmiş Mələkə,
Müqəddəs rozarinin Mələkəsi,
Ailənin Mələkəsi,
Sülhün Mələkəsi.


Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,
Rəbb, bizə rəhm et!.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,
Rəbb, bizi dinlə!.

Üzərinə dünyanın günahlarını götürən Allahın Quzusu,
Rəbb, bizə mərhəmət et!