əbb Allahın tərənnümləri

Möcüzələr yaradan Tanrım,
yalnız Sən Müqəddəssən.
Sən güclüsən, Sən böyüksən,
Sən izzətlisən. Sən hər şeyə qadirsən.
Sən yerin və göyün padşahı,
Müqəddəs Atamsan.
Tanrım, Sən yaxşılıqsan.
Sən bütöv yaxşılıqsan.
Həqiqi və canlı Tanrım,
Sən ən üstün yaxşılıqsan, sevgisən,
Sən məhəbbətsən, Sən biliksən,
Sən təvazökarlıqsan, Sən səbirsən,
Sən rahatlıqsan, Sən müdafiəsən.
Sən sevinc və ürəklərin həzzisən,
Sən doğruluq və ahəngsən,
Sən şirinlərdən şirinsən.
Sən sığınacağımızsan,
Sən qoruyucumuz və gözətçimizsən.
Sən qüvvətsən, Sən genişliksən.
Sən ümidimizsən,
Sən ən böyük mehribanlığımızsan.
Heyranlıq duyduğumuz böyük Rəbb,
hər şeyə qadir Tanrı,
mərhəmətli mehriban Xilaskar,
Sən əbədi həyatımızsan.
(Müqəddəs Assisili Fransisk)