Magnifikat
Məryəm Ananın ilahisi
(İncil, Lk 1:46-55)




Qəlbim Rəbbi ucaldır, ruhum Xilaskarım
Allaha görə şadlanır, çünki O, Öz qulunun
yazıq halını gördü. Bundan sonra bütün
nəsillər məni bəxtiyar sayacaq,
çünki Qadir Olan mənim üçün
böyük işlər etdi, Onun adı müqəddəsdir!
Onun mərhəməti də nəsildən-nəslə
Ondan qorxanlara göstərilər.
O, qolu ilə qüdrətli işlər gördü, ürəklərində
qürurla düşünənləri pərən-pərən saldı.
Hökmdarları taxtlarından endirdi,
məzlumları yüksəltdi. Acları nemətlərlə
doydurdu, varlıları isə əliboş yola saldı.
Rəbb qulu İsrailin imdadına çatdı,
ata-babalarımıza vəd etdiyi kimi İbrahimə
və onun nəslinə əbədilik mərhəmət
göstərməyi yada saldı.
Ataya, Oğula və Müqəddəs Ruha
indi də, həmişə də, əbədi olaraq da
həmd olsun.

Amin.