ATAMIZ



Ey göylərdə Olan Atamız!
Adın Müqəddəs tutulsun,
Sənin Səltənətin gəlsin,
göydə olduğu kimi, yerdə də
Sənin iradən olsun.

Gündəlik çörəyimizi bizə bu gün ver;
və bizə borclu olanları
bağışladığımız kimi
bizim borclarımızı da bağışla.
Və bizi sınağa çəkmə,
lakin bizi şərdən xilas et.
Çünki səltənət, qüdrət və izzət
əbədi olaraq Sənindir!

Amin.