uzi bərəkət duası

Rəbbi tanımayanlar üçün
Əziz Tanrım, Səni tanımayan
bacı-qardaşlar üçün dua edirəm:
onlara Xeyir-dua ver, sülhün ilə onları qoru,
Ürəklərinə məhəbbət ver ki,
Məhəbbəti tanısınlar,
Qəlblərinə həqiqət ver ki,
Həqiqəti tanısınlar,
Onlara mərhəmət et ki,
Sənin Mərhəmətini görsünlər;
bilsinlər ki, bizi yaratdın, bizə azad iradə verdin
və günahlardan təmizləmək üçün,
Öz Kəlamını, İsa Məsihi göndərdin.
Ey Allah, doğrudan bizi o qədər sevdin ki,
ölümə qalib gəldin
və bizə yeni həyat verdin.
Sənə hər kəs şükür etsin,
daim mədhlər oxusun,
çünki Sən ən Ucasan, ən Mərhəmətlisən,
bizi Sevənsən və Müqəddəssən,
hər şey üçün Sənə minnətdarıq.
Sənə həmd olsun, ya Rəbb.
Amin.