zümüzü Ataya təslim etmə duası

Ata, özümü Sənə təslim edirəm!
Sən Sadiqsən: həyatımı
Sənin əllərinə təslim edirəm.
Sən Hikmətlisən: düşüncələrimi
Sənin hüzuruna gətirirəm.
Sən Mərhəmətlisən: ürəyimi
Sənə təqdim edirəm.
Sən Müqəddəssən: müqəddəs olma
arzumu Sənə əmanət edirəm.
Sən Yaxşısan: buna sevinirəm.
Sən Comərdsən: Sənə bənzəməyi
arzu edərək Sənə baxıram.
Sən Atasan: özümü daima
Sənin rəhbərliyinə təslim edirəm.
Ata, buradayam, məni al!
Mən Səninəm, Sənin övladınam.
Balaca bir uşaq kimi sevincliyəm
və Sənin istədiklərini etmək üçün
bütün qəlbimlə Sənə tərəf yönəlmişəm.
Mənim üçün məqsədin nədirsə,
qoy elə olsun.
Amin.