ün ərzində edilən dua (2)

Rəbb İsa, işlərini görmək üçün əllərimi Sənə verirəm.
Sənin yoluna getmək üçün ayaqlarımı Sənə verirəm.
Sən gördüyün kimi görmək üçün gözlərimi Sənə verirəm.
Sənin sözlərini danışmaq üçün dilimi Sənə verirəm.
Sən düşündüyün kimi düşünmək üçün ağlımı Sənə verirəm.
Ruhumu Sənə verirəm ki, daxilimdə dua edəsən.
Sənə özümü verirəm ki, içimdə böyüyəsən.
Beləliklə, Rəbb İsa, bu Sənsən ki, Məndə yaşayır, işləyir və dua edirsən.
Amin.

Rəbb Allah, mənə xatırlat ki, bu gün mənimlə baş verəcək heç bir şey Sənin və mənim daşıya bilməyəcəyimiz qədər ağır olmayacaq.
Amin.