Şəfa duası



Uca Rəbbim, mənə şəfa ver!
Ürəyimə şəfa ver ki,
ancaq özüm üçün döyünməsin,
Sənin Sevginin Ruhuna açılsın.

Dilimə şəfa ver ki, heç kimi incitməsin,
təsəlli verən sözlər danışsın.

Ayaqlarıma şəfa ver ki, büdrəməsinlər,
yeni yollarda da sağlam addımlar atsınlar.

Gözlərimə şəfa ver ki,
ancaq önünə baxmasın,
baş verən hadisələrin
əsl mənasını ürəyinə daşıya bilsin.

Qulaqlarıma şəfa ver ki, bağlı qalmasınlar,
kasıbların və çarəsizlərin fəryadlarını
eşidə bilsinlər.

Əllərimə şəfa ver ki, məyus olduğu zaman
qoynumda düyünlənən yumru yox,
yardım etmək üçün başqasına uzanan əllər
olsun. Zehnimə şəfa ver ki, donmasın,
Sənin sözlərinin izləyicisi olsun.

Mənə şəfa ver ki, mən də şəfa verə bilim.

Amin.