Həyat yoldaşı üçün



Ya Rəbb!
Həyat yoldaşım üçün dua edirəm.

Ona xeyir-dua ver ki, bütün pisliklərdən,
günahlardan, pis vərdişlərdən uzaq olsun,
onu qoru ki, ailəmiz xoşbəxt olsun.

Mənə kömək et ki, onu başa düşüm,
onu olduğu kimi qəbul edim.

Bizə ağıl ver ki, gündəlik çətinliklərlə
mübarizə apara bilək,
bizə xeyir-dua ver ki,
bir yerdə yaşaya bilək,
bizə həlimlik ruhu ver ki,
məğrur olmayaq.

Ey Kulli-ixtiyar Tanrı,
Sən hər şeyə qadirsən,
Öz məhəbbətinlə bizim ailəmizi qoru
və kömək et ki,
ümidimiz, imanımız və sevgimiz
daha böyük olsun.

Amin.