Sülh üçün dua



Rəbbim, məni Öz sülhünün aləti et.
Nifrət olan yerdə qoy sevgi,
Ədalətsizlik olan yerdə əfvi,
İnciklik olan yerdə bağışlama,
Yalan olan yerdə həqiqəti,
Ümidsizlik olan yerdə ümidi,
Qaranlıq olan yerdə nuru,
Kədər olan yerdə sevinci əkim.

Ey İlahi Ağam, mənə kömək et ki,
təsəlli almaqdansa
daha çox təsəlli verə bilim,
başa düşülməkdənsə, başa düşüm,
sevilməkdənsə, sevim.

Çünki biz verərkən əldə edirik,
Bağışlayarkən bağışlanırıq,
Ölərkən əbədi həyat üçün doğuluruq.

(Müqəddəs Assisili Fransisk)