Yeməkdən öncə oxunan dua



Bütün Yaradılışı Sevən,
göylərdəki quşlara yemini verən,
təbiəti gözəlliklərlə təchiz edən Allahım,
bütün bu yaratdıqların üçün
Sənə şükr edirik.

Bizə verdiyin bu yeməklər üçün də
Səni tərənnüm edir və Şanına tərif deyirik.

Yer üzündəki bütün qullarından
lazımlı qidaları əsirgəmə.

Amin.