Ruzi bərəkət duası



Ya Xudavənd, Sənə şükürlər olsun,
Sənə böyük izzət olsun.

Mən, zəif və günahkar itirilmiş bəndən kimi,
Sənə yalvarıram.

Sən solan torpaqlarını canlandırırsan,
yağışlar yağdırırsan,
bəşəriyyətə ruzi verirsən,
çünki məhəbbətin əbədidir!

Mənə rəhm et,
həyatıma xeyir-dua ver, gözlərimi aç,
həqiqəti görüm və Sənin yolunla gedim,
qəlbimi dəyişim, vəfalı olsun.

Gecəgündüz Sənə yalvarıram,
məndən uzaq durma, əsl və pak xoşbəxtliyi tapım.

Çətinliklərim çoxdur, günahlarım çoxdur,
şübhələrim çoxdur, ya Rəbb, məni xilas et,
Sənin Kəlamın mənə nur versin.

Həyatımda, ailəmdə, işimdə, münasibətlərimdə,
çətinliklərimdə Sənin lütfün olsun.

Kömək et, ruzi-bərəkət ilə Səni izzətləndirə bilim.

Ey əbədi Rəbb Allahım,
hər zaman Sənin iradən olsun.

Amin.