SALAM, MÜQƏDDƏS MƏLƏKƏ
(SALVE REGINA)




Salam, müqəddəs Mələkə,
mərhəmət Anası!

Salam, həyatımız,
sevincimiz və ümidimiz!

Səni çağırırıq, sürgündə

Həvvanın övladları olan biz!

Bu göz yaşları vadisində ağlayaraq,

Sənə ah-naləmizi göndəririk.

Ey Havadarımız,
mərhəmət gözlərini bizə döndər;
və bu sürgündən sonra
bətninin bəxtiyar səmərəsi
İsanı bizə göstər.

Ey mərhəmətli, ey lütfkar, ey sevimli
Bakirə Məryəm!

Amin.