Tantum Ergo



Müqəddəs sirri qeyd edək,
Bəşəriyyət diz çöksün.

Qədim ayin yenisiylə
Artıq əvəz olunsun.

Çox zəif hisslərimizə
İman, sevgi yar olsun.

Ata və Vahid Oğluna
Ən yüksəkdə həmd olsun.

Bütün şərəf və qüdrət,
Bol bərəkət var olsun.

İkisindən gələn Ruha
Əbədi izzət olsun.

Amin.