e Deum

Səni mədh edirik, ey Allah
Səni mədh edirik,
ey Allah, Səni etiraf edirik, ey Rəbb,
Ey əbədi Ata, Səni bütün dünya tərifləyir.
Bütün mələklər, bütün səmalar, bütün
qüvvələr, keruvlar və seraflar Səni
durmadan çağırırlar:
Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir
Ordular Rəbbi Allah.
Səmalar və yer
İzzətinin böyüklüyü ilə doludur.
Şöhrətli həvarilər xoru,
mədhedici peyğəmbərlər dəstəsi,
nurlu şəhid qoşunu Səni tərifləyir.
Bütün Kainatda müqəddəs Kilsə Səni
etiraf edir. Hədsiz əzəməti olan Atanı,
möhtərəm, yeganə və həqiqi Oğulu
və Təsəlliverici Müqəddəs Ruhu.
Məsih, Sən izzət Padşahısan,
Sən həmişə Var Olan Allahın Oğlusan.
İnsanın xilası üçün
Bakirənin qoynundan çəkinmədin.
Ölümün tikanına qalib gəlib
imanlılara Səmavi Padşahlığı açdın.
Sən Allahın sağ tərəfində
Atanın izzətində oturmusan.
İman edirik ki,
Sən bizi mühakimə etmək üçün
gələcəksən. Buna görə yalvarırıq:
qiymətli Qanınla
satın aldığın qullarına kömək et,
onları əbədi olaraq
Öz izzətli müqəddəslərinə aid et.
Ey Rəbb, xalqını xilas et,
mirasına xeyir-dua ver.
Onları idarə et, əbədi olaraq
onları yüksəlt.
Bütün günlər ərzində
Sənə tərif oxuyacağıq,
əbədi olaraq Adını izzətləndirəcəyik.
Rəbb, bu gün bizə günahsız qalmaqda
kömək et. Bizi bağışla,
ya Rəbb, bizi bağışla.
Ya Rəbb, mərhəmətin üzərimizdə olsun,
Sənə ümid bağlayırıq.
Ya Rəbb, Sənə ümid bəsləmişəm
və heç vaxt utanmaram.
Amin.