Gəl, ey Müqəddəs Ruh



Gəl, ey Müqəddəs Ruh, Göndər sonsuz
işığın səmavi şüasını. Gəl, ey yetimlər Atası.
Gəl, ey nemətlər qaynağı.

Gəl, ey qəlbin nuru. Sən gerçək təsəlliçi,
Sən səxavətli qəlblərin işıq saçan
Qonağısan, incə sərinlik Sənsən.

Zəhmətdən dinc rahatlıq, bürküdə
təravət mehi, ağlayan zaman təsəlli,
səmanın mübarək Nuru.

Nur çilə sadiqlərin, möminlərin qəlbinə.
Yardımın olmadan, insanın gücü olmaz,
Şərdən qorunmaq olmaz.

Yu təmiz olmayanı, islat quruyub qalanı,
Sağalt zərər dəyəni, yumşalt qəddarlaşanı,
Qızdır üşüyüb donanı, düz yola qoy azanı.

Bütün etiqadçılarına möhkəm ümid ver
Yeddiqat müqəddəslik ver,
heyrətamiz mükafat ver
Xilasedici çıxış ver
və əbədi səadət ver.

Amin.