Müqəddəs Ruh gəl



Müqəddəs Ruh gəl,
Daxili gərginliyimizi azadlığa çevir,
Həyəcanımızı dinc bir sükuta çevir,
Narahatlığımızı dinc etimada çevir,
Qorxumuzu Sənə olan sarsılmaz bir imanla dəyişdir,
Acılarımızı Mərhəmətinin şirinliyinə dəyişdir,
Qəlbimizin qaranlığını yumşaq işığa çevir,
Laqeydliyimizi səmimiyyətə çevir,
Gecəmizi Öz nuruna çevir,
Qəlbimizin qışını Sənin baharına çevir,
Əyri yollarımızı düzləndir,
Boşluğumuzu doldur,
Qürurumuzdan bizi təmizlə,
Təvazökarlığımızı artır,
İçimizdə yüngül sevgini yandır,
İçimizdəki şəhvəti söndür,
Sən gördüyün kimi özümüzü görək,
Vəd verdiyin kimi Səni tanıyaq
Və "Ürəyi təmiz olanlar nə bəxtiyardır,
çünki Allahı görəcəklər" sözündə
xoşbəxtliyi tapaq.

Amin.