üqəddəs Rozari Duası

Xaç işarəsi çəkərək başlayın:
+ Ata, Oğul və Müqəddəs Ruhun adı ilə. Amin.
Ey Allah, məni xilas et!.
Ya Rəbb, dadıma tez çat!
Ataya, Oğula və Müqəddəs Ruha
indi də, həmişə də,
əbədi olaraq da həmd olsun. Amin.

(İstəyə bağlı)
Sonra bu duaları oxuyun:
1. Kredo;
2. Atamız;
3. İmanda artım üçün - Salam, Mübarək Məryəm...;
4. Ümiddə artım üçün - Salam, Mübarək Məryəm...;
5. Məhəbbətdə artım üçün - Salam, Mübarək Məryəm...;
6. Ataya, Oğula...

Rozari duası dörd hissəyə bölünür, hər hissədə beş sirr var.
Sirlər üzərində düşünərkən bu duaları edin:
Hər bir Sirr üçün 1 "Atamız", 10 "Salam, Mübarək Məryəm", 1 "Ataya, Oğula".
Hər Sirrdən sonra "Fatima Duası" deyilir:
Rəbb İsa Məsih, bizim günahlarımızı bağışla, cəhənnəm alovundan bizi xilas et və bütün insanları, xüsusilə də Sənin mərhəmətinə daha çox ehtiyacı olanları cənnətə apar. Amin.
Bütün bunlar birlikdə bir onluğu təşkil edir.
Beş sirr (beş onluq) tamamlandıqdan sonra "Salam, Müqəddəs Mələkə (Salve Regina)" duası oxunur.
Rozari duasının sonunda "Məryəm Anaya yalvarışlar" (istəyə bağlı) və ya başqa bir Məryəm duası oxunur və Roman Papasının niyyətləri üçün dualar deyilir:
Atamız
Salam, Mübarək Məryəm
Ataya, Oğula

ROZARİ SİRLƏRİ
SEVİNCLİ SİRLƏR
(Bazar ertəsi və Şənbə)
1. Məryəmə Xoş Xəbərin Verilməsi
2. Bakirə Məryəmin Elizavetə Baş Çəkməsi
3. İsa Məsihin Doğulması
4. Həsretmə
5. Yeniyetmə İsanın Məbəddə Tapılması
NURLU SİRLƏR
(Cümə axşamı)
1. Rəbb İsanın İordan Çayında Vəftizi
2. İsa Qanadakı Toyda İlk Möcüzəsini Edir
3. Allahın Səltənətinin Vəzi və Allaha Tərəf Dönməyə Çağırış
4. İsa Məsihin Surətinin Dəyişilməsi
5. Evxaristiyanın Təsis Edilməsi
KƏDƏRLİ SİRLƏR
(Çərşənbə axşamı və Cümə)
1. Getsemanidə Dua
2. Qamçılanma
3. Tikanlı Tacın Qoyulması
4. Çarmıx Yolu
5. İsa Məsihin Çarmıxa Çəkilməsi
İZZƏTLİ SİRLƏR
(Bazar günü və Çərşənbə)
1. Dirilmə
2. Göylərə Yüksəlmə
3. Müqəddəs Ruhun Enməsi
4. Məryəm Ananın Göyə Çəkilməsi
5. Bakirə Məryəmin Səmavi İzzəti ilə Taclanması